REGİONLAR
Xaçmaz, Quba, Qusar və Şabran rayonlarında yeni subartezian quyuları qazılacaq – SƏRƏNCAM
Bakı, 9 iyun, AZƏRTAC
Prezident İlham Əliyev iyunun 9-da “Xaçmaz, Quba, Qusar və Şabran rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Xaçmaz, Quba, Qusar və Şabran rayonlarının əhalisi 17346 nəfər olan 13 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 13 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 910,0 min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Sıra №-si |
Rayonun adı |
Quyuların sayı, ədəd |
Yaşayış məntəqələrinin adı |
Əhalinin sayı, nəfər |
1. |
Xaçmaz |
5 |
Aslanoba kəndi |
381 |
Çaxmaqlı kəndi |
163 |
|||
Ləcət kəndi |
2292 |
|||
Müşkür kəndi |
1877 |
|||
Yeni Həyat qəsəbəsi |
3903 |
|||
2. |
Quba |
3 |
Dağlı kəndi |
1747 |
Susayqışlaq kəndi |
609 |
|||
Vladimirovka kəndi |
3419 |
|||
Qusar |
3 |
Avaranqışlaq kəndi |
564 |
|
Bədirqala kəndi |
873 |
|||
Nəcəfkəndoba kəndi |
120 |
|||
Şabran |
2 |
Padar kəndi |
586 |
|
Sincanboyad kəndi |
812 |
|||
Cəmi: |
13 |
13 |
17 346 |