ELM VƏ TƏHSİL
Xalq Yazıçısı Çingiz Abdullayev tələbələrlə görüşüb
Bakı, 29 mart, AZƏRTAC
Martın 29-da Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) Xalq Yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə Çingiz Abdullayevin yaradıcılığına həsr olunan videoçarx nümayiş olunub. Vurğulanıb ki, ədəbi-bədii yaradıcılığa tələbəlik illərindən başlayan, 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və hekayələrlə çıxış edən Ç.Abdullayevin 27 milyon nüsxədə nəşr olunmuş 200-ə yaxın kitabı 32 dildə çapdan çıxıb.
Görüşdə tələbələrin suallarını cavablandıran dünya şöhrətli yazıçı onların şəxsiyyət kimi formalaşmasında təhsilin əhəmiyyətindən danışıb.
Ç.Abdullayevə görüşdə iştirakına görə minnətdarlığını bildirən AƏSMA-nın rektoru, professor Hüseyn Qaraşov yazıçıya gələcək fəaliyyətində uğurlar arzulayıb.