SİYASƏT


Azərbaycanın xarici işlər naziri Antalyada küveytli həmkarı ilə görüşüb

Antalya, 19 iyun, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyunun 19-da Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Küveyt Dövlətinin Baş nazirinin birinci müavini, xarici işlər naziri Əhməd Nasir Əl-Məhəmməd Əl-Sabah ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, nazir Ceyhun Bayramov həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əməkdaşlığın uğurla həyata keçirildiyini qeyd edərək, beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimiz arasında aparılan əməkdaşlığı yüksək qiymətləndirib.

Görüş zamanı tərəflər bölgədəki mövcud vəziyyət, üçtərəfli bəyanatların icrası, habelə sərhəddə baş verən son gərginliklə bağlı fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov münaqişədən sonra regionda mövcud vəziyyət, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa, yenidənqurma prosesindən danışıb.

Küveyt naziri ölkələrimiz arasında münasibətlərin tarixi köklərə əsaslandığını ifadə edib və qarşılıqlı yüksəksəviyyəli səfərlərin bu əlaqələrin inkişafına təkan verəcəyini qeyd edib. O, Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın növbəti iclasının tezliklə keçirilməsinin zəruriliyini vurğulayıb.

Tərəflər, həmçinin turizm, təhsil, yüksək texnologiya və kibertəhlükəsizlik sahəsində mümkün əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Antalya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.