CƏMİYYƏT


Xarici jurnalistlər Cəbrayılda erməni vandalizminin izləri ilə tanış olublar

Cəbrayıl, 30 iyul, Səlim Rəhimzadə, AZƏRTAC

İyulun 30-da Azərbaycanın işğaldan azad edilmiş ərazilərə səfər edən xarici jurnalistlər ermənilər tərəfindən Cəbrayıl rayonu ərazisində törədilən dağıntılarla tanış olublar.

AZƏRTAC xəbər verir ki, jurnalistlər əvvəlcə Cəbrayıl rayonunda yerləşən "Dostluq" bulağını ziyarət ediblər. Onlara bulağın tarixi haqqında məlumat verilib. Bildirilib ki, vaxtilə Cəbrayılın ən çox ziyarət edilən məkanlarından olan bulaq rayonun işğalından sonra digər abidələr kimi ermənilər tərəfindən dağıdılıb.

Sonra media nümayəndələri Cəbrayıl şəhər qəbiristanlığında olub, dağıdılmış dini-tarixi abidələr barədə ətraflı məlumat alıblar. Bildirilib ki, ermənilər qəbiristanları da vandalizmə məruz qoyub, qəbirləri qazaraq meyitləri çıxarıb, həmçinin müsəlman dini abidələrini təhqir ediblər.

Daha sonra jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.