CƏMİYYƏT


Xəzər dənizində kompleks ekoloji monitorinqlər davam edir

Bakı, 29 iyul, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Zoologiya və Fiziologiya institutlarının mütəxəssislərindən ibarət ekspedisiya qrupu tərəfindən Xəzər dənizində Əlif Hacıyevin adını daşıyan elmi-tədqiqat gəmisi ilə kompleks ekoloji monitorinqlər davam etdirilir, sudan və dib çöküntülərindən götürülən nümunələr üzərində fiziki-kimyəvi və bioloji təhlillər aparılır.

Ekspedisiya qrupunun rəhbəri, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov AZƏRTAC-a bildirib ki, iyulun 25-dən etibarən monitorinqlərə başlayan ekspedisiya qrupu bu günədək Müqtədir, Quba dili, Siyəzən burnu və Giləzi məntəqələrində 20 stansiya üzrə su, dib çöküntüləri, zooplankton və bentos nümunələri üzərində tədqiqat işləri aparıb, balıq ehtiyatlarının müəyyənləşdirilməsi istiqamətində tədqiqatlar həyata keçirib: “Növbəti günlərdə ekspedisiya qrupu tərəfindən Xəzər dənizinin cənub akvatoriyasında yerləşən Şahağacı, Lənkəran, Kür dili, Cənub-şərqi Qolduk və Şimal-şərqi Qolduk məntəqələrində tədqiqatlar aparılacaq”.

N.Mahmudovun sözlərinə görə, ekspedisiya avqustun 3-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.