CƏMİYYƏT


Xəzər rayonunda yaşayış yerini tərk edən aktiv koronavirus xəstəsi barəsində cinayət işi başlanıb

Bakı, 27 yanvar, AZƏRTAC

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbir zamanı ictimai yerdə aktiv koronavirus xəstəsi aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları COVID-19 virusuna yoluxduğu üçün ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, yaşadığı evi tərk etmiş Binə qəsəbə sakini Şahin Əşrəfovu müəyyənləşdirərək saxlayıblar. Həmin şəxslə izahedici söhbət aparılıb və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb. Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Həmin şəxs barəsində toplanan materiallar Xəzər Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Şahin Əşrəfov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.