İQTİSADİYYAT


Xəzərin ən böyük barjı təmir edilib

Bakı, 17 aprel, AZƏRTAC 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının balansında olan “STB-1” barjı “Bibiheybət” Gəmi Təmiri Zavodunda təmir edilib.

ASCO-dan AZƏRTAC-a bildirilib ki, təmir müddətində üzən vasitənin sualtı və suüstü hissəsi təmizlənərək rənglənib. Bundan başqa, barjın dib-yan armaturlarının təmiri işləri də görülüb. Təmirdən sonra “STB-1” heyət üzvləri və registr təsnifatı nümayəndələrinə təhvil verilib. Barj tərsanədən suya buraxılıb və Xəzər Dəniz Neft Donanmasına məxsus Liman-bazaya göndərilib.

“STB-1” barjının uzunluğu 163, eni 45 metr, göyərtəyə yükgötürmə qabiliyyəti 18 min tondur. Bu da onun Xəzər dənizində ən böyük barj olduğunu deməyə əsas verir. “STB-1” dəniz stasionar platformalarının tikintisi üçün böyük ölçülü dayaq bloklarının daşınmasında istismar olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.