REGİONLAR
Xırdalanda Beynəlxalq Qadınlar Günü ərəfəsində şəhid anaları və tənha xanımlar ziyarət edilib
Xırdalan, 6 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Xırdalan şəhərində yaşayan şəhid anaları, aztəminatlı və tənha xanımlar 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə evlərində təbrik edilib.
Abşeron Rayon İcra Hakimiyyəti başçısının Хırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rafiq Yusufov AZƏRTAC–a bildirib ki, bayram günü ərəfəsində şəhid anaları, kimsəsiz xanımlar, aztəminatlı ailələr yaşadığı mənzillərdə ziyarət olunub, onlara rayon rəhbərliyinin təbrikləri və xoş arzuları çatdırılıb. Görüşdə, həmçinin nümayəndəliyin adından xanımların hər birinə gül dəstələri və maddi yardım verilib.
Qadınlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.