REGİONLAR
Xızı məktəblisi: Azərbaycanın hər guşəsinin özünəməxsus gözəlliyi var
Şəki, 14 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən bu layihədə iştirak etməkdən qürur duyuram. Dünən Qəbələ ilə ilk tanışlığımız oldu. Bu gün isə qədim Şəki diyarındayıq. Ekskursiyamız çox maraqlı keçir. Qədim tarixi olan Şəki haqqında müəyyən məlumatlar əldə etmişəm. Ancaq indi öz gözlərimlə gördüm. Hər kəsə bura gəlməyi və bu gözəl diyarı görməyi məsləhət görərdim. Həqiqətən də Azərbaycanın hər bir guşəsinin özünəməxsus gözəlliyi var.
Bu sözləri tur-aksiyanın iştirakçısı, Xızı şəhər 1 nömrəli tam orta məktəbin X sinif şagirdi Səbinə Cəfərzadə Şəkidə AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib.
Xızılı gənc bu layihənin məktəblilər üçün çox dəyərli hədiyyə olduğunu vurğulayaraq şagirdlər adından tur-aksiyanın təşkilatçılarına dərin minnətdarlığını bildirib.