Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

“Xoşbəxt ailə” formuluna müasir baxış

Bakı, 13 iyul, AZƏRTAC

İyulun 13-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında partiyanın və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Xoşbəxt ailə formuluna müasir baxış” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransı giriş sözü ilə açan YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova tədbirin çox əlamətdar günə təsadüf etdiyini önə çəkərək bildirib ki, ötən ilin iyul ayında Ermənistanın törətdiyi təxribat əməlinin - Tovuz hadisələrinin ildönümüdür. 2020-ci ilin iyul təxribatından ötən müddət ərzində Azərbaycanın həyatında baş verən hadisələr bütün mənalarda tarixi əhəmiyyət daşıyır. Uzun illərə, əsrlərə söykənən Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə Azərbaycan işğalçını yerinə oturtdu və xalqımızın Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsi ilə əldə olunan Qələbə nəticəsində bütün dünya Ermənistanın təcavüzkar simasının ifşa olunması faktına şahidlik etdi. Azərbaycan ərazi bütövlüyünü bərpa edərək vətəndaşlarının rahat yaşayışını təmin, müstəqil, suveren hüquqlarını bərpa etdi. Azərbaycan təkbaşına öz Prezidentinin qətiyyətinə, xalqının iradəsinə, Ordusunun gücünə, öz imkanlarına söykənərək erməni faşizmini məhv etdi.

“Bu gün biz Heydər Əliyevin siyasi irsinin təbliğatçıları olaraq bu siyasətə bütün mənalarda əməl edirik”, - söyləyən komitə sədri vurğulayıb ki, Prezident İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bütün beynəlxalq çağırışlara rəğmən bu siyasəti ardıcıl olaraq irəli aparırlar. “Təsadüfi deyil ki, ölkə Prezidenti çıxışlarında bu məsələyə bir neçə dəfə toxunaraq qəti şəkildə vurğulamışdır ki, biz ənənələrə söykənən ölkəyik. Bizim üçün ailə dəyərləri, milli-mənəvi dəyərlər hər şeydən üstündür, müasir inkişaf tendensiyalarını qəbul edən və onu Azərbaycanın milli maraqlarına uyğun şəkildə siyasi istiqamətlərə yönəldən bir ölkəyik. Elə etməliyik ki, həm müasirlik davamlı nailiyyətimiz kimi çıxış etsin, həm də milli köklərə bağlılıq bizi heç zaman tərk etməsin. Odur ki, YAP üzvləri olaraq harada işləməyimizdən asılı olmayaraq, məhz siyasətin bu aspektini yaddan çıxarmamalıyıq. Azərbaycanın öz dəyərlərinə sadiq siyasi kurs müəyyənləşdirməsi ulu öndər Heydər Əliyevin tarixi xidməti və bizim bu siyasətə sadiqliyimiz kimi qəbul olunmalıdır”, - deyə B.Muradova bildirib.

Diqqəti Yeni Azərbaycan Partiyasının martın 5-də keçirilən VII qurultayına yönəldən B.Muradova qeyd edib ki, həm cənab İlham Əliyevin nitqində, həm də qəbul olunan qərarlarda bu məsələ öndə saxlanıldı: “Ailə dəyərləri, milli-mənəvi dəyərlər, Azərbaycanda yaşayan xalqların multikultural dəyərlərin daşıyıcıları kimi indiyə qədər mövcud həyat tərzlərini daha da inkişaf etdirmək istiqamətində çağırışlar bu məsələyə daha ciddi diqqət yetirməyə imkan yaradır”.

Mövzunun maraqlılığını, aktuallığını xüsusi vurğulayan komitə sədri bildirib ki, “Xoşbəxt ailə” modelinə hansı dövrdən baxsan müasir baxış kimi dəyərləndirilir. Hər kəsin bu modelə yanaşma bucağı vardır.

Sonra cəmiyyətin müxtəlif təbəqələri arasında “Xoşbəxt ailə modeli necə olmalıdır” sualı əsasında keçirilən ictimai rəy sorğusunu özündə əks etdirən videoçarx nümayiş olunub, mövzu ətrafında çıxışlar dinlənilib və videoçarxda səslənən fikirlər ətrafında gənclərlə diskussiya keçirilib.

Konfransda çıxış edən YAP İdarə Heyətinin üzvü, partiyanın Veteranlar Şurasının sədri Arif Rəhimzadə ailə dəyərlərindən, ailə-dövlət münasibətlərindən söhbət açaraq gənclərə tövsiyə və məsləhətlərini verib. Vurğulanıb ki, əgər ailə sağlam təməl, qarşılıqlı hörmət və məhəbbət üzərində qurulursa, hər bir ailə üzvünün hüququna anlayışla yanaşılırsa, əlbəttə ki, bu ailədə doğulan, təlim-tərbiyə alan insan əxlaqlı, savadlı, mədəni, qurucu olacaqdır. Belə insan ailəsinə və dövlətinə layiqli şəxsiyyət və vətəndaş olacaqdır.

Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva qeyd edib ki, ailə hər bir cəmiyyətin, dövlətin özəyi olmaqla yanaşı, həm də milli-mənəvi dəyərlərin daşıyıcısıdır. Azərbaycan dövləti ailə institutunun qorunması istiqamətində güclü qanunvericilik bazasına malikdir. Ölkəmizin iqtisadi imkanlarının artması isə ailələrin rifah halının yüksəlməsi istiqamətində mühüm dövlət proqramları, sosial layihələrin həyata keçirilməsinə şərait yaratmışdır. Sevindirici haldır ki, bu gün dünyada ailə dəyərlərinin aşınması fonunda ölkəmizdə ailə institutu özünün sosial təyinatı və milli-mənəvi missiyasını daha tam və dolğun şəkildə qoruyub saxlandığını görürük. Buna görə də məqsədimiz bu sahədə görülən işləri sistemli və ardıcıl şəkildə davam etdirməklə yanaşı, eyni zamanda, ailələrimizi qorumaq, ailədə rahat psixoloji iqlim mühiti yaratmaqdır.

Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, Azərbaycan xalqı üçün əxlaq onun milli və dini mənsubiyyətindən qaynaqlanan yüksək mənəvi keyfiyyətlər toplusudur. Onun sözlərinə görə, önəmli məqamlardan biri də odur ki, əsrlərboyu milli və dini dəyərlərimiz bir-biri ilə vəhdət təşkil edir. Bu gün xarici təsirlər nəticəsində gəncləri milli dəyərlərimizdən uzaqlaşdırmağa çalışırlar. Belə cəhdlər heç bir nəticə verə bilməz. Çünki gənclərimiz milli-mənəvi dəyərlərimizə sadiqdir, dinimizin əsas məqsədi həm də cəmiyyət, dövlət və ailə üçün faydalı olan, həmrəylik naminə toplumun ayrılmaz hissəsinə çevrilən nümunəvi vətəndaş formalaşdırmaqdır.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin rəhbəri Aygün Əliyeva və YAP Gənclər Birliyinin üzvü Nihad Allahyarlı “Xoşbəxt ailə” modeli ilə bağlı düşüncələrini tədbir iştirakçıları ilə bölüşüblər.

Daha sonra tədbir interaktiv şəkildə davam edib, gəncləri maraqlandırılan suallar cavablandırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB VİDEO

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - “Ziyarətə çevrilmiş ocaq”

Ayın üzərində il reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib