DÜNYA
YAPONİYADA İSLAM DÜNYASINA HƏSR OLUNMUŞ NÖVBƏTİ SEMİNAR KEÇİRİLMİŞDİR
Agentliyin məlumatında bildirilir ki, tədbirdə ikitərəfli dialoqun və yaponların İslamla tanışlığının daha da genişləndirilməsindən danışılmışdır.
Seminarda, həmçinin görkəmli müsəlman alimlərinin əsərlərinin yapon dilinə, eləcə də yapon yazılı mədəniyyət abidələrinin ərəb dilinə çevrilməsinin zəruriliyi vurğulanmış, habelə yapon dilinin müsəlman ölkələrində öyrənilməsinin və müsəlman tələbə nümayəndə heyətlərinin Yaponiyaya səfərlərinin əhəmiyyəti qeyd olunmuşdur.
Seminarda tanınmış siyasətçilər, o cümlədən Yaponiyanın sabiq baş naziri Rütaro Haşimoto, yüksək vəzifəli şəxslər, müsəlman ölkələrinin Yaxın Şərq universitetlərinin professorlarından və islam üləmalarından ibarət nümayəndə heyəti, eləcə də Yaponiyanın müsəlman icmasının liderləri iştirak etmişlər.