Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

YAP İcra Katibliyində “Xilaskar İlham Əliyev” adlı kitabın videokonfrans formatında təqdimatı keçirilib

Bakı, 22 fevral, AZƏRTAC

Fevralın 22-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin təşkilatçılığı ilə Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Bəxtiyar Sadıqovun “Xilaskar İlham Əliyev” kitabının videokonfrans formatında təqdimatı keçirilib.

Bu barədə AZƏRTAC-a Yeni Azərbaycan Partiyasından məlumat verilib.

Tədbirdə çıxış edən Milli Məclisin sədr müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, professor Fəzail İbrahimli qeyd edib ki, “Xilaskar İlham Əliyev” kitabında xüsusi diqqət çəkən məqam qətiyyətli, hünərli, iradəli sərkərdə portretinin yaradılmasıdır. Aprel döyüşlərindən etibarən ötən müddət ərzində Azərbaycanın atdığı addımlar, dünyaya bəyan etdiyi fikirlər və digər məsələlər kitabda xronoloji ardıcıllıqla əksini tapıb. Elə məsələlər var ki, bu, Azərbaycan hüdudlarından kənara, dünyaya verilən mesajdır: “44 günlük müharibədən sonra Zəfər Paradı keçirildi. Orada ölkə Prezidenti İlham Əliyev kürsüdə bütün dünyaya bəyan etdi ki, biz qalib gəldik, haqq işimizi yerinə yetirdik. Beynəlxalq təşkilatların görə bilmədiyi işi gördük. Azərbaycanın dövlətçilik tarixi var və biz bu tariximizi, ədaləti, haqqı bərpa etdik”.

Kitabın sonuncu yazısının fəlsəfi, rəmzi məna daşıyan “Allahın evi - Ağdam məscidi” olduğunu deyən sədr müavini bildirib ki, zahirən elə görünür ki, Ali Baş Komandan bu məscidə sadəcə ziyarətə gəlib: “Amma bu tarixi səfərlə bütün müsəlman dünyasına bəyan edilir ki, məscid bizim ərazimizdə yerləşir, ancaq bura bütün müsəlmanların Allah evidir. Bu Allah evinə ermənilər tərəfindən edilən təcavüz bütün müsəlman evinə törədilən təcavüzdür”.

Fəzail İbrahimli vurğulayıb ki, bu kitab bizim döyüş şücaəti ənənələrimizin özümüzə qaytarılmasının tarixindən yazır, 200 ildir ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərin necə uğursuzluqla sonlandığından bəhs edir: “Kitabın ümumi qayəsində bir çağırış var: Ey Azərbaycan insanı, bil, düşün, dərk et və əməl et. 200 ildən artıq xristian ağuşuna sığınan, başımıza güllə və qumbara yağdıran, 12 aylıq təqvimin 10 ayında bizə qarşı faciə törədən düşməni məğlub etdik”.

Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, xalqımızın Vətən müharibəsində Qələbəsinə həsr olunan “Xilaskar İlham Əliyev” kitabının təqdimatının keçirilməsi üçün 22 fevral tarixinin seçilməsi təsadüfi deyil. Çünki ermənilərin Dağlıq Qarabağın Azərbaycandan qopardılması, torpaqlarımızın işğalı ilə bağlı fitnəkarlıqlarına qarşı xalqımızın ayağa qalxması məhz 1988-ci ilin 22 fevralından başlayır.

Mübariz Qurbanlı qeyd edib ki, ulu öndər Heydər Əliyevin başlatdığı siyasət və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Ermənistanın hərbi təxribatı nəticəsində başlayan və 44 gün davam edən Vətən müharibəsində torpaqlarımızın azad olunmasını təmin etdi. Xalqımızın tarixinin parlaq və unudulmaz səhifələrindən birini təşkil edən bu şanlı Qələbənin əsasında Prezidentin liderlik keyfiyyətlərindən irəli gələrək Azərbaycanın sosial-iqtisadi, siyasi, mədəni, hərbi sahələrdə, eyni zamanda, xarici siyasətdə uğurları və xalq-iqtidar birliyi dayanır. Vətən müharibəsi dövründə Ali Baş Komandan İlham Əliyev milli maraqları ifadə edən qətiyyətli siyasət yürütməklə özündə yüksək şəxsi keyfiyyətləri, milli dəyərləri və təcrübəli idarəetmə bacarığını birləşdirən lider olduğunu sübut etdi.

“Bu siyasət, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizə bizim şərəf tariximizdir. Bu tarixi qələmə almaq, təbliğ etmək, gənc və gələcək nəsillərə ötürmək olduqca vacibdir”, - deyən Mübariz Qurbanlı bu baxımdan “Xilaskar İlham Əliyev” kitabının əhəmiyyətindən söz açıb. Qeyd edib ki, dörd fəsildən ibarət olan kitabda mühüm istiqamətlər var. Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması uğrunda diplomatik fəaliyyəti, həyata keçirdiyi ordu quruculuğu, Vətən müharibəsində ordumuzun uğurlu hərbi əməliyyatları, əsgərlərimizin qəhrəmanlıqları, torpaqlarımızın azad olunması kimi tariximizi şərəfləndirən məqamlar burada öz mükəmməl əksini tapıb. Müəllif kitabda torpaqlarımızın azadlığı uğrunda mübarizənin salnaməsini yaradıb ki, bu da həm bu gün, həm də gələcək üçün əhəmiyyətlidir və dəyərlidir.

Mübariz Qurbanlı əmin olduğunu bildirib ki, Azərbaycanın müstəqil qalibiyyət tarixinin geniş əhatə olunduğu dəyərli mənbə kimi “Xilaskar İlham Əliyev” kitabı həm siyasi-ideoloji məzmununa, həm də ədəbi-bədii dəyərinə görə böyük oxucu marağına səbəb olacaq.

Tədbirdə digər çıxış edənlər kitabla bağlı fikirlərini bildiriblər. Qeyd edilib ki, əsərdə əsas istiqamət Azərbaycanın xilasına gedən yolun və 33 ildir davam edən münaqişəyə son qoyan qətiyyətli siyasətin izahıdır. Bu problemin həllində xilaskarlıq missiyasını həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti kitabda geniş şəkildə təqdim olunur. Kitab bu böyük tarixi hadisəni izah etmək baxımından məntiqi struktura malikdir. Bildirilib ki, qələbə sevincləri “Xilaskar İlham Əliyev” kitabının ana xəttini təşkil edir. Həm də torpaqlarımızın azad olunması uğrunda aparılan mübarizənin bir salnaməsi kimi müharibənin canlı mənzərəsini özündə əks etdirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Andrey Kovalenko: Rusiyanın Ukraynanın Xarkov şəhərinə hücumu üçün resursları yetərli deyil

QDİƏT PA Baş Assambleyasının 63-cü plenar iclası Tirana şəhərində keçiriləcək

Səngəçal terminalından ixrac edilən neft və kondensatın hamısı BTC vasitəsilə nəql edilib

Cahit Bağcı: Türk şirkətləri Qarabağda aparılan bərpa-quruculuq işlərində fəal iştirak edirlər

Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub, birinci tunelin açılışında iştirak edib YENİLƏNƏCƏK

Kino Agentliyinin Apellyasiya Komissiyası film layihələri ilə bağlı yekun nəticələri elan edib

Prezident İlham Əliyev Füzuli rayonunda Köndələnçay su anbarları kompleksinin təmir-bərpadan sonra açılışında iştirak edib YENİLƏNƏCƏK

Naxçıvanda “Bookfest” festivalında 900 çeşiddə 70 minə yaxın kitab və digər nümunələr sərgilənir

Britaniya gəmisi Ədən körfəzində hücuma məruz qalıb

BTC vasitəsilə 568 milyon ton xam neft nəql edilib

Arif Əsədov: “Şamaxı”nın Premyer Liqaya vəsiqə qazanmaması uğursuzluq olar

Britaniya iqtisadiyyatında geriləmə dayanıb

Tbilisidə və Rustavidə xalqımızın Ümummilli Liderinin abidəsi ziyarət olunub

Prokurorluğun rəhbər heyəti və əməkdaşları Fəxri xiyabanı ziyarət ediblər

Ukraynada Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uinston Çörçilin təsvir olunduğu rəsm əsəri hərraca çıxarılıb

Bakıdakı Rus evi 9 May - Qələbə Gününə həsr olunmuş konsert təşkil edib

“Şahdəniz” yatağından 7 milyard kubmetr qaz hasil edilib

AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib

Ulu Öndər Heydər Əliyev Azərbaycan gənclərinin xaricdə təhsil almasında mühüm rol oynayıb

® Sabunçu rayonunda könüllü qanvermə aksiyası keçirilib

Tayvan sahillərində 5,7 bal gücündə zəlzələ olub

“AzerGold”un Müşahidə Şurasının növbəti iclası olub

Bu ilin birinci rübündə AÇG yatağından 31 milyon barel neft çıxarılıb

Professor: Heydər Əliyevin yüksək nitq mədəniyyəti xüsusi araşdırmaya layiq mühüm bir məsələdir

Bakıda beynəlxalq seysmoloji konfrans keçiriləcək

® İlk dəfə rekord sayda spiker “Caspian Investment Forum Prague 2024”də

Müstəqil dövlətimizin ən müasir tarixi Ulu Öndərin adı ilə bağlıdır RƏY

MİQ üzrə müsabiqəyə buraxılacaq qeydi-pedaqoji ixtisasların siyahısı müəyyənləşib

Tanınmış mütəxəssisin Azərbaycan millisinə baş məşqçi təyin olunacağı ilə bağlı xəbərlərə aydınlıq gəlib

Cari ilin birinci rübdə AÇG üzrə əsaslı məsrəflərə 347 milyon dollar xərclənilib

Dendrologiya İnstitutu İtaliyadan yeni toxum növləri əldə edib

ABA: Türk bank icmalarının birgə fəaliyyəti ölkələr arasındakı iqtisadi bağların güclənməsinə imkan yaradacaq

Universitetdə tədbir: Heydər Əliyev şəkillərdə

Ankarada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Şuşa şəhərindəki “ASAN xidmət” mərkəzi iyunun sonlarınadək hazır olacaq VİDEO

RF Dövlət Duması Mixail Mişustinin hökumətin sədri vəzifəsinə namizədliyini müzakirə edir

Ermənistan müxalifəti baş nazir postuna namizədini müəyyənləşdirməyib

“PAŞA Holding” şirkətlərinin dayanıqlılıq strategiyası üzərində iş aparılır

BMT-nin vətəndaş cəmiyyəti üzrə 69-cu konfransı keçirilir

Tələbə gənclər Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini silsilə tədbirlərlə anıblar

Toğrul Əsgərov: Azərbaycan dünya idman tarixinə öz imzasını atmağı bacarıb

Ümummilli Lider Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti

Cənubi Sudandan olan 1,3 milyon qaçqın geri qayıdıb

Kursantlar Ulu Öndərin ölməzliyini tərənnüm etdirən fləş-mob hazırlayıblar VİDEO

Yelkənçilərin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş parad təşkil olunub

® “AzerGold”un yeni qızıl sikkəsi Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunub

Niderland şirkəti Azərbaycan startapını alıb

Netanyahu Baydenlə fikir ayrılığının aradan qalxacağına ümid edir

Çin Macarıstanda dəmir yolu layihələrinə sərmayə qoyacaq

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Astarada tibbi aksiya təşkil edib

Naxçıvanda Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə yürüş təşkil olunub

Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib VİDEO

BMT: COP29-la bağlı Azərbaycana dəstək vermək və əlimizdən gələni əsirgəməmək öhdəliyimizdir

DİA-da “İqlim dəyişikliyinə uyğunlaşma üzrə” təlimlərə başlanılıb

Qurban Yetirmişli: Cəbrayılda seysmik stansiyanın quraşdırılması üçün sənədləşdirmə işləri aparılır VİDEO

Komitə sədri: Ailədə şiddətin qarşısını almaq üçün maarifləndirmə də lazımdır VİDEO

Azərbaycan Premyer Liqası: Mərkəzi oyun FIFA referisinə tapşırılıb

Nazir müavini: Azərbaycan COP29-a yalnız ev sahibliyi etməyəcək, eyni zamanda, danışıqlara da rəhbərlik edəcək

“Türk dünyasında qəhrəmanlıq əsərlərinin tədqiqi və təşviqi” layihəsinin icrasına başlanılıb

Tahir Budaqov: YAP parlament seçkilərinə hazırlıqla bağlı lazım olan bütün tədbirləri həyata keçirməkdədir VİDEO

Mayın 11-12-də geomaqnit qasırğası gözlənilir

Azərbaycanın qadın güləşçiləri lisenziya turnirində mübarizəyə başlayırlar

YAP-ın nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Mərakeş sahillərində 38 miqrant xilas edilib

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar

BDU-nun tələbə və məzunu İsveçin dövlət təqaüdünə layiq görülüb

Delakruanın məşhur rəsm əsəri yenidən Luvr muzeyində sərgilənir

Dörd yüzdən çox namizəd dövlət qulluğu üzrə imtahan verəcək

Yaz ətirli poeziya

Milli Kitabxanada “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti – Heydər Əliyev” adlı ənənəvi kitab sərgisi açılıb

Azərbaycan neftinin qiyməti cüzi artıb

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 107 nəfərə çatıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin II cəhdində iştirak etmək üçün qeydiyyat başlanır

Azərbaycan Basketbol Liqası: Son çempion finala çıxa bilər

® “Dayanıqlı Tikinti Zirvəsi”nin gündəliyi yayımlandı

Xalqımız Ulu Öndər Heydər Əliyevin parlaq xatirəsini böyük ehtiramla anır VİDEO

Premyer Liqa: Tura tarixi derbi ilə start veriləcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər VİDEO

Polis əməkdaşları 82 kiloqrama yaxın narkotik vasitə aşkarlayıb

DİN: Ötən gün ölkə ərazisində 87 cinayətin üstü açılıb

Paytaxtda bəzi ərazilərdə qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar paylaşım edib

Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb

Qobustanda narkotiklərlə əlaqəli iki nəfər saxlanılıb

Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

Baş nazir: Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqına üzv olacaq

Azərbaycanın mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik ünvanlayıb

Azərbaycanın qazandığı bütün uğurların memarı Ulu Öndər Heydər Əliyevdir ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda klassik musiqi konserti təşkil edilib

Səudiyyə Ərəbistanının vəliəhdi Yaponiyaya səfər edəcək

Netanyahu: HƏMAS-ın 24 batalyonundan 20-si məhv edilib

Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir

Azərbaycan-Bolqarıstan əlaqələri qarşılıqlı maraqlar əsasında uğurla inkişaf edir ŞƏRH

Professor Bilgiç: Heydər Əliyevin Türkiyə təbabətinə inamı mənim qürur mənbəyimdir

ADA və Bolonya universitetlərinin birgə proqramı bağçılıq sahəsində multidisiplinar yanaşmanı ehtiva edir

İsveçdə Ulu Öndərin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib VİDEO

Ulu Öndərin uzaqgörən siyasəti sivil birgəyaşayış qanunlarını həyatımıza gətirdi

Manuela Traldi: ADA və Bolonya universitetlərinin birgə proqramı kənd təsərrüfatında yeni yanaşmanı əhatə edir