MƏDƏNİYYƏT


“YARAT” Rəssamlar Studiyalarının açılış mərasimi

Bakı, 27 oktyabr, AZƏRTAC

Noyabrın 1-də “YARAT” Rəssamlar Studiyalarının açılış mərasimi keçiriləcək.

“YARAT” Müasir İncəsənət Məkanının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, YARAT Studios 11 azərbaycanlı rəssamın bir arada çalışdığı, istirahət etdiyi və ideyalarını bölüşdüyü, işləri və yaradıcı enerjiləri ilə zəngin bir məkana çevrilib.

YARAT Studios yeni tikilmiş 4 mərtəbəli binadan ibarətdir. Orada Aida Mahmudova, Orxan Hüseynov, Fərid Rəsulov, Faiq Əhməd, Ramal Kazımov, Vüsal Rəhim, Fərhad Fərzəliyev, Nəzrin Məmmədova, Reza Hazare, Rəşad Ələkbərov və Niyaz Nəcəfov kimi rəssamlar öz əsərlərini yaradırlar.

Yaradıcı iqamətgahda, hətta beynəlxalq rəssamların studiyalar boyunca rahat yaşayış və işləmələri üçün gərəkli şərait yaradılıb. İlk qonaqların 2015-ci ilin əvvəllərində qarşılanması planlaşdırılır.

Noyabrın 1-də YARAT Studios günortadan gecə yarısınadək qonaqlarımızın üzünə açıq olacaq.

Gün ərzində rəsmlərin, heykəllərin, kölgə installyasiyalarının, eksperimental musiqi və video installyasiyalarının detallarını sizinlə məmnuniyyətlə bölüşməyə hazır rəssamlarla tanışlıq şansınız olacaq. Siz incəsənətin mürəkkəb və valehedici ərsəyə gəlmə prosesinin bir parçasına çevriləcəksiniz.

Açılış proqramına həmçinin Dilarə Atakişiyevanın rəhbərlik etdiyi “Da’Art” Uşaq studiyasına aid qısa seminar, DJ Pancho tərəfindən musiqi proqramı və sərinləşdirici içkilər daxildir.

Ünvan: Akademik Həsən Əliyev küç. 1061, Nəsimi rayonu, Kimya şəhəri (Megastore marketinin arxası).

Həyat yaradıcılığını, azadlığı və xoşbəxtliyi sevən və dəyərləndirən hər kəs üçün giriş sərbəstdir!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.