YODLAŞDIRILMIŞ DUZDAN İSTİFADƏ İLƏ BAĞLI LAYİHƏ BAŞA ÇATMIŞDIR
AzerTAg.az
AZƏRTAC xəbər verir ki, Azad İstehlakçılar Birliyi YUNİSEF-in ölkəmizdəki nümayəndəliyi ilə birgə aprel ayından başlayaraq həyata keçirdiyi “Yodlaşdırılmış duzdan istifadənin vəziyyətinə dair ailələrdə, bazarda monitorinq və təbliğat” layihəsini başa çatdırmışdır.
Layihə çərçivəsində ölkənin 10 rayonunda aparılan monitorinqlər nəticəsində əmtəə bazarındakı yodlu duzların həcmi müəyyənləşdirilmiş, istehsalçı, satıcı və istehlakçıların iştirakı ilə seminarlar keçirilmişdir. Çörəkbişirən, konserv istehsal edən və şirniyyat hazırlayan müəssisələrdə yodlu duzdan istifadə barədə maarifləndirmə işi aparılmış, onlara duzun vəziyyətini yoxlamaq üçün testlər və 3 mindən artıq məlumat vərəqələri paylanılmışdır.
Xəbərin mətnində orfoqrafik səhv var