ELM VƏ TƏHSİL
YT Parkın rezidentinin istehsal etdiyi mühərrik yağları Ukraynada müsbət rəy alıb
Bakı, 25 yanvar, AZƏRTAC
Ukrayna mütəxəssisləri tərəfindən yüksək təzyiqə davamlı “M-16ИХП-3У” mühərrik yağının hazırlanması barədə daxil olan müraciətə əsasən, AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) rezidenti olan Təcrübə-Sənaye Zavodunun mütəxəssisləri Aşqarlar Kimyası İnstitutunun (AKİ) tədqiqatçıları ilə birgə bu istiqamətdə təcrübələr aparıb, mühərrik yağının 10-15 resept üzrə nümunələri hazırlanıb.
YT Parkdan AZƏRTAC-a bildirilib ki, parametrləri Ukrayna mütəxəssislərinin tələblərinə cavab verən “M-16ИХП-3У” mühərrik yağı Ukraynada texnikalarda sınaqdan keçirilərək qənaətbəxş nəticə göstərib. Ukrayna mütəxəssisləri tərəfindən müsbət rəy alan bu yağın gələcəkdə sifariş olunması nəzərdə tutulur.
Qeyd edək ki, istehsal olunan bütün məhsulların resepturaları