DÜNYA


Yanvar ayında Gürcüstanda qeydə alınan cinayətlərin sayı 31 faiz artıb

Tbilisi, 21 fevral, AZƏRTAC

Cari ilin yanvar ayında Gürcüstanda 5 min 700 cinayət faktı qeydə alınıb. Bu, 2018-ci ilin yanvar ayı ilə müqayisədə 31 faiz çoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, yanvar ayında qeydə alınmış cinayətlərin 1200-nün üstü açılıb.

Qeydə alınmış cinayətlər sırasında oğurluq daha çoxdur. Hesabat dövründə 1900 oğurluq faktı qeydə alınıb ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 35 faiz çoxdur. İkinci yerdə ailə zorakılığıdır – 527. Üçlüyü yol nəqliyyat hadisələri və avtomobillərin istismarı qaydaları ilə bağlı törədilən cinayətlər tamamlayır – 431.

Qonşu ölkədə dövlət məmurları tərəfindən törədilən cinayətlərin sayı isə 4 faiz azalaraq 47 fakt təşkil edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.