Yanvarda Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi 145 milyon dollara yaxın olub
AzerTAg.az
Kiyev, 20 fevral, AZƏRTAC
Yanvar ayında Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsinin dəyəri 145 milyon dollara yaxın olub.
Ukrayna Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ötən ay Azərbaycan bu ölkəyə 115,6 milyon dollarlıq məhsul ixrac edib. Ölkəmizin Ukraynadan idxal etdiyi məhsulun dəyəri isə 29 milyon dollar olub.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsinin dəyəri 771,5 milyon dollar olub, bu da pandemiya ilə əlaqədar olaraq 2019-cu illə müqayisədə 36,5 milyon dollar azdır.
Xatırladaq ki, Ukrayna postsovet məkanında Azərbaycanla ticarət dövriyyəsinə görə Rusiyadan sonra ikincidir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Xəbərin mətnində orfoqrafik səhv var