DÜNYA


Yapon tədqiqatçılar Parkinson xəstəliyinin müalicəsi istiqamətində mühüm uğur qazanıblar

Tokio, 10 noyabr, AZƏRTAC

Yapon tədqiqatçılar qrupu Parkinson xəstəliyinin müalicəsinin tapılması istiqamətində mühüm uğura nail olduqlarını elan ediblər.

AZƏRTAC xəbər verir ki, qrup üzvləri ilk dəfə iPS hüceyrələrini uğurla xəstənin beyninə yerləşdirə biliblər.

Qrupun rəhbəri Kioto Universitetinin professoru Ryosuke Takahaşi deyib: “Biz xəstənin beyninə ilk transplantasiyanı uğurla həyata keçirdik. O, indi özünü yaxşı hiss edir”.

Universitet əməkdaşlarının bildirdiyinə görə, onlar ötən ay misli görünməmiş əməliyyat ediblər. Bu əməliyyat zamanı 2,4 milyon iPS hüceyrəsi yaşı 50-dən yuxarı olan xəstənin beyninə yerləşdirilib.

Əməliyyatın məqsədi Parkinson xəstəliyinin əsəb hüceyrələrinə mənfi təsirinin qarşısını kəsməkdir.

Tədqiqatçılar qrupu uzaq gələcəkdə bu müalicə üsulunu Yaponiya tibbi sığorta sistemi çərçivəsində həyata keçirmək niyyətindədirlər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.