SİYASƏT


Yaponiya KİV-ləri Ermənistan ordusunun Azərbaycan şəhərlərinə raket hücumu barədə məlumatlar yaymaqda davam edir

Tokio, 12 oktyabr, AZƏRTAC

Yaponiya kütləvi-informasiya vasitələri Ermənistan ordusunun Azərbaycan şəhərlərinə raket hücumları barədə məlumatlar yaymaqda davam edir.

AZƏRTAC xəbər verir ki, Yaponiyanın NHK telekanalı, “The Japan Times”, “Asahi shimbun” qəzetləri, JIJI PRESS agentliyi, “Yahoo Japan”, “newsweekjapan” portalları bu barədə ətraflı məlumatlar yayıblar.

Böyük oxucu auditoriyasına malik olan “Asahi shimbun” qəzetinin yaydığı “Terror aktı nəticəsində 9 nəfər həlak olub” sərlövhəli məqalədə Ermənistan ordusunun Gəncə şəhərinə gecə saatlarında raket hücumundan bəhs olunub. Azərbaycanın rəsmi mənbələrinə istinadla qeyd edilib ki, humanitar atəşkəs barədə razılaşmanın əldə edilməsindən bir sutka keçməmiş Ermənistan ordusu mülki əhalinin yaşadığı şəhərlərə terror hücumları təşkil edib. Qeyd edilir ki, bu aktı törədəcək tərəfin hər kəsə bəlli olmasına baxmayaraq, Ermənistan tərəfi bunu inkar edir.

Məqalədə Azərbaycan Xarici İşlər Nazirliyini hadisə ilə əlaqədar bəyanatına istinadla bildirilir: “Şəhər sakinlərinə atəşkəs barədə razılaşmadan sonra baş verən hücum, Ermənistan rəhbərliyinin döyüşlərin dayandırılması barədə çağırışının yalan olduğunu təsdiq edir”.

Yaponiyanın digər KİV-lərinin yaydığı xəbərlərdə ötən gecə baş verən döyüş əməliyyatları barədə məlumatlar da yer alıb. Azərbaycan Müdafiə Nazirliyinə istinadla qeyd edilib ki, həmin terror hücumlarına cavab olaraq, ordumuz düşmənin hərbi hədəflərinə zərbələr endirib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.