DÜNYA


Yaponiya indiyədək Ukraynaya 7,6 milyard dollarlıq yardım edib

Yaponiya indiyədək Ukraynaya 7,6 milyard dollarlıq yardım edib

Bakı, 24 may, AZƏRTAC

Yaponiya hökuməti indiyə qədər Ukraynaya 7,6 milyard dollarlıq humanitar, ərzaq, maliyyə və digər yardımlar ayırıb.

AZƏRTAC xəbər verir ki, Yaponiyanın xarici işlər naziri Yosimaşa Hayasi yardımın həcmini parlamentin aşağı palatasının büdcə komitəsində çıxışı zamanı açıqlayıb.

O, həmçinin ukraynalı minatəmizləmə mütəxəssislərinin hazırlanması xərclərinin də maliyyə yardımına daxil edildiyini söyləyib. Nazirin sözlərinə görə, Ukraynadan olan nümayəndə heyəti hazırda Yaponiyadadır və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması, dağılmış infrastrukturun bərpası təcrübəsi ilə tanış olur.

Tokio may ayında Kiyevə 100 hərbi yük maşını və əsgərlər üçün 30 min ədəd ərzaq rasionu vermək, həmçinin yaralı ukraynalı hərbçilərinin müalicəsini həyata keçirmək barədə qərar qəbul edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.