İDMAN


Yaponiyada 10 minədək könüllü Tokio Olimpiadasına qatılmaqdan imtina edib

Tokio, 3 iyun, AZƏRTAC

İyunun 3-dək olan son məlumatlara görə, Yaponiyada 10 minədək könüllü Tokio Olimpiadasına qatılmaqdan imtina edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Tokio Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsi məlumat yayıb. Bildirilir ki, həmin şəxslər ümumi sayı 80 minə çatan könüllülərin bir hissəsidir.

Qeyd edilir ki, könüllülərin dəstəni tərk etməsinə fevralda, həmin vaxt təşkilat komitəsinin sədri vəzifəsində olan Yoşiro Morinin qadınlar haqqında səsləndirdiyi alçaldıcı ifadədən sonra başlanılıb.

Hətta, Y. Mori istefa verdikdən sonra belə müxtəlif faktorları əsas gətirən könüllülər dəstəni tərk etməkdə davam ediblər. Həmin faktorlar sırasında koronavirusa yoluxma təhlükəsi və fərdi fəaliyyətlə bağlı məsələlər göstərilir.

Təşkilat Komitəsinin baş direktoru Toşiro Muto bildirib ki, onun fikrincə bəzi şəxslər könüllülər dəstəsini şəxsi işləri ilə bağlı tərk ediblər.

Bununla yanaşı, T.Muto qeyd edib ki, çoxlu sayda insanın dəstəni tərk etməsi, bəzi könüllülər həm Olimpiya, həm də Paralimpiya Oyunlarına qatılacağına görə ümumi işdə problem yaratmayacaq.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.