Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Yaponiyada Azərbaycanın uğurlarından bəhs edən növbəti kitab nəşr olunub VİDEO

Tokio, 18 mart, AZƏRTAC 

Yaponiyanın “Kizuna” nəşriyyatı tərəfindən “Dəyişmək üçün əla yol - bunu bacarmıram” adlı kitab beş min tirajla nəşr olunub.

AZƏRTAC xəbər verir ki, kitabın müəllifi Yaponiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin inkişafında xüsusi rol oynayan “Cross Border Club” (“Sərhədləri aşanlar klubu”) şirkətinin meneceri, WITV televiziyasının baş prodüseri Kazuyasu İşidadır.

Yeni kitabı barədə fikirlərini agentliyin Yaponiyadakı xüsusi müxbiri ilə bölüşən K.İşida bildirib ki, məqsəd son illər yapon gənclər arasında geniş yayılan “bunu bacarmıram” psixologiyasının aradan qaldırılması, bunun üçün dünyada sürətli irəliləyişə nail olan ölkələrin timsalında həmin xalqların əldə etdiyi nailiyyətlər barədə onları məlumatlandırmaqdır.

Belə ölkələr içərisində böyük sevgi ilə yanaşdığı Azərbaycanı və Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) nümunə kimi götürən K.İşida həmin ölkələrdə həm də Yaponiyaya qarşı xüsusi hörmətin, marağın şahidi olduğunu qeyd edib. Məsələ burasındadır ki, yaşlı nəsildən fərqli olaraq, yapon gəncləri ölkədən kənara çox nadir hallarda çıxırlar. Bu da onların dünyanı öyrənmək, digər ölkələrdə baş verən proseslər barədə məlumat almaq imkanlarını azaldır. Buna görə də mən yeni kitabımda gəzdiyim çoxsaylı ölkələr içərisində özünəməxsus xüsusiyyətləri ilə seçilən, yapon gənclərin nümunə götürə biləcəyi ölkələr barədə məlumatlar vermişəm. Eyni zamanda, Yaponiyanı sevən, bizə dost kimi yanaşan ölkələri gənclərimizə tanıtmağa çalışmışam. Fikrimcə, gənclərimiz məhz belə ölkələrlə əl-ələ verərək Yaponiyanı daha yaxşı gələcəyə apara bilərlər. Əlbəttə, dünyada Yaponiyanı sevən ölkələr çoxdur. Lakin düşünürəm ki, Azərbaycan onların içərisində xüsusi yer tutur. Məhz buna görə də kitabda Azərbaycan, qədim tarixə, zəngin mədəniyyətə malik bu ölkə haqqında məlumatlara xüsusi yer verməyə çalışmışam.

Kitabda Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra qarşılaşdığı çətinliklərə də yer verildiyini qeyd edən K.İşida bildirib ki, burada ümummilli lider Heydər Əliyevin böyük çətinliklər hesabına ərsəyə gətirdiyi layihələrdən də danışıb. Azərbaycana məxsus karbohidrogen ehtiyatlarının dünyaya çıxarılmasında mühüm rol oynayan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru xətlərinə geniş yer verib. Vurğulayıb ki, məhz bu layihələrin həyata keçirilməsi nəticəsində Azərbaycan iqtisadi xaosdan çıxaraq sürətli inkişaf yoluna qədəm qoyub.

Azərbaycan barədə ilk məlumatı Dubayda səfərdə olarkən yerli iş adamlarından aldığını xatırladan K.İşida bildirib ki, həmin vaxt dubaylı dostları ölkəmizdə böyük layihələrin başlandığını bildiriblər. Məhz onların tövsiyəsi ilə Bakıya yollanıb. Kitabda, eyni zamanda, BƏƏ-nin qazandığı uğurlara da yer verilib, bu ölkənin keçdiyi yola nəzər salınıb. Vurğulanıb ki, insan məqsədi uğrunda əzmlə çalışarsa, ona nail ola bilər. Bunu həmin ölkələrin timsalında yapon gənclərinə çatdırmağa çalışıb.

Kitabda Azərbaycanı BƏƏ ilə müqayisə edildiyini bildirən K.İşida qeyd edib ki, bu ölkələrin hər birinin özünəməxsus yolu var. Yaponiyada Bakını ikinci Dubay adlandırsalar da mən bununla razılaşmıram. Hesab edirəm ki, öz yolu ilə irəliləyən Azərbaycan qədim tarixi, zəngin mədəniyyəti və enerji ehtiyatları ilə BƏƏ-dən fərqlənir. Əgər BƏƏ Avropa ilə Afrika ölkələri arasında bir mərkəzdirsə, Azərbaycan Asiya ilə əlaqələrin qurulması üçün körpü rolunu oynayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən nəhəng layihələr bu ölkəni yalnız regionun deyil, bütün dünyanın diqqət mərkəzinə çevirib. Buna görə də biz ikitərəfli əlaqələri inkişaf etdirməyə çalışaraq, Bakıda “Japan Expo” sərgilərini böyük uğurla keçiririk. Düşünürəm ki, Yaponiya belə ölkələrlə əməkdaşlığa can atmalı və onlarla birlikdə irəliləməlidir.

Hazırda Yaponiyada Olimpiya Oyunlarına böyük hazırlıq işlərinin aparıldığına diqqət çəkən K.İşida bildirib ki, bu yarışların daha yaxşı təşkili üçün Azərbaycanın tolerantlıq, multikulturalizm sahəsindəki təcrübəsindən istifadə etmək lazımdır. Azərbaycan xalqına məxsus olan ürəyiaçıqlıq, qonaqpərvərlik kimi xüsusiyyətlər Yaponiyaya gətirilməlidir. Yaponiya Azərbaycan kimi daha açıq ölkə olmalıdır.

K.İşida kitabda Azərbaycana qarşı onun qəlbində yaranan sevginin formalaşmasında xüsusi rol oynayan azərbaycanlılar barədə də yazıb və əməkdaşlığa görə onlara minnətdarlığını bildirib.

Qeyd edək ki, hazırda “Amazon” internet satışı şəbəkəsində yapon dilində daha çox satılan kitablar arasında “Dəyişmək üçün əla yol - bunu bacarmıram” kitabı ikinci yerdə gedir. Bunu nəzərə alaraq, müəllif nəşrin ümumi tirajını 30 minədək qaldırmaq barədə düşündüyünü bildirib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Yaponiyada Azərbaycanın uğurlarından bəhs edən növbəti kitab nəşr olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB VİDEO

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - “Ziyarətə çevrilmiş ocaq”

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib