DÜNYA


Yaponiyada hərbi aviabazanın ərazisinə daxil olan ayı bir nəfərə hücum edib

Tokio, 18 iyun, AZƏRTAC.

Yaponiyanın şimalında yerləşən Sapporo şəhərində ayı Okadama aviabazasının ərazisinə daxil olub.

AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, “dəvətsiz qonaq” aviabazanın ərazisinə daxil olaraq buradakı əməkdaşlardan birinə hücum edib. Ayının Okadama aerodromunun uçuş-enmə zolağına keçdiyi də bildirilir. Nəticədə aerodromda bütün uçuşlar dayandırılıb.

Ayının yerli ovçular tərəfindən güllə ilə vurulduğu bildirilir. Bundan əvvəl ərazidə ayıların yerli sakinlərə hücum etməsi barədə də məlumatlar yayılıb.

Hazırda mütəxəssislər ayı tərəfindən vurulan zərərin məbləğini hesablayırlar.

Ayıların yaşayış məskənlərinə yaxınlaşmasının səbəbi kimi cari fəsildə onların əsas qida mənbəyi olan meşə şabalıdının az məhsul gətirməsi göstərilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.