DÜNYA


Yaponiyada koronavirusa görə aviaşirkətlər üçün yanacaq vergisi azaldılacaq

Bakı, 12 noyabr, AZƏRTAC

Yaponiyanın Dövlət Torpaqları, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyi ölkədə koronavirus infeksiyasının yayılmasının təsirinə məruz qalmış yerli aviaşirkətlərin istifadə etdikləri yanacaq üçün verginin dərəcəsini aşağı salmağa hazırlaşır.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, yanacağa görə tutulan vergilər Yaponiya hava limanlarının təchizatına sərf olunur. Ona görə də, hökumət vergi dərəcəsinin aşağı salınması üçün müəyyən hədd müəyyənləşdirməyi planlaşdırır.

Keçən ay Yaponiyanın dövlət torpaqları, infrastruktur, nəqliyyat və turizm naziri Kadzuyosi Akaba bəyan etmişdi ki, hökumət avqust ayından fevral ayına qədər olan dövr üçün Yaponiya aviaşirkətlərindən hava limanlarından istifadə üçün tutulan ödənişin məbləğini 45 faiz azaldacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.