DÜNYA


Yaponiyanın Naqano prefekturasında G20 ölkələri enerji nazirlərinin görüşü keçiriləcək

Tokio, 14 iyun, AZƏRTAC 

İyunun 15-də Yaponiyanın Naqano prefekturasında G20 ölkələri enerji nazirlərinin görüşü keçiriləcək.

Görüşdə Yaponiya tərəfinin Ormuz boğazında göyərtəsində ona məxsus yüklər olan gəmilərə hücumla əlaqədar enerji təhlükəsizliyi məsələsini qaldıracağı da gözlənilir.

AZƏRTAC xəbər verir ki, bu boğaz Yaxın Şərq regionunda qlobal daşımanın əsas strateji kanallarından biridir. Yaponiya ehtiyacı olan neftin 90 faizini buradan daşıdığına görə həmin regiondan çox asılıdır.

G20 ölkələrinin enerji və ətraf mühit nazirlərinin ikigünlük görüşü sabah Naqano prefekturasının Karuizava şəhərində başlayacaq. Yaponiya görüşə sədrlik edəcək.

Görüş Yaxın Şərqdə əsas neft hasilatçılarından biri kimi tanınan İran ilə ABŞ arasında gərginlik fonunda keçiriləcək. Həmin görüşdə neft hasilatçısı olan daha bir ölkə - Səudiyyə Ərəbistanı da iştirak edəcək.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.