DÜNYA


Yaponiyanın Səhiyyə naziri: Ölkədə təkrar fövqəladə vəziyyət rejimi elan oluna bilər

Tokio, 5 avqust, AZƏRTAC

Yaponiyanın Səhiyyə naziri Kato Katsunobu bildirib ki, koronavirusa yoluxanların sayı artmaqda davam edəcəyi təqdirdə, bütün ölkə ərazisində yenidən fövqəladə vəziyyət rejimi elan oluna bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə K.Katsunobu jurnalistlərlə görüşü zamanı bəyan edib. Yerli hakimiyyət orqanlarının koronavirusun yayılmasına qarşı mübarizə tədbirlərini davam etdirdiyini qeyd edən nazir, buna baxmayaraq, virusa yoluxma hallarının kəskin artacağı təqdirdə, hökumətin təkrar fövqəladə vəziyyət rejimi elan edəcəyinin mümkünlüyünü deyib.

Xatırladaq ki, Okinava prefekturasının hakimiyyət orqanları yerli bələdiyyələrin əhalini ehtiyac yaranmadığı təqdirdə, evdən çıxmamağa və şirkətlərdən iş saatlarını qısaltmalarını xahiş etməsinə baxmayaraq, bu ərazidə fövqəladə vəziyyət rejimi elan edib.

K.Katsunobu bildirib ki, fövqəladə vəziyyət rejimi hökumət tərəfindən bütün faktorlar və mütəxəssislərin rəyi nəzərə alınaraq təkrar tətbiq edilə bilər. Nazir qeyd edib ki, hökumət test sisteminin təkmilləşdirilməsi də daxil olmaqla lazımi yardımları göstərməklə yanaşı, infeksiya yoluxmasının yayılmasını diqqətlə izləməkdə davam edəcək.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.