CƏMİYYƏT


Yaqut Qarayeva: Biz problemə gözümüzü yummaqla bu problem həll olunmayacaq

Bakı, 8 avqust, AZƏRTAC 

Bu gün bütün dünya yeni dalğaya hazırlaşır. Biz də hazırlaşırıq. Hər şey bizim özümüzdən asılıdır. Biz problemə gözümüzü yummaqla bu problem həll olunmayacaq.

AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 8-də keçirilən mətbuat konfransında qərargahın üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, qapalı yerlərdə qaydalara ciddi riayət etmək mütləqdir: "Bəzi qapalı məkanlar açılır. Çox sıxlıq olan yerlərə üz tutmayaq. Çalışaq eyni yerlərdə və istqiqamətlərdə toplaşmayaq. Bu, çox önəmlidir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.