Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Yaradılan şərait öz bəhrəsini verir

“Azərxalça”nın Qazax filialında keyfiyyətli və gözəl xalçalar toxunur

Bakı, 28 noyabr, AZƏRTAC

Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən biri də Qazax-Borçalı bölgəsidir. Ona görə də bu bölgənin xalçaçılığı ayrıca xalça qrupu kimi səciyyələndirilib. Qazax-Borçalı bölgəsində ağır çəkili, uzun, lakin yumşaq və parlaq xovlu, müxtəlif ölçülü və sadə kompozisiyalı xalçalar toxunub. Bu qrupa aid olan xalçaları dünyada məşhurlaşdıran onların qədimliyi, bədii quruluşunun sabitliyidir. Onların kompozisiya quruluşunda əsrlər boyunca formalaşmış mücərrəd, həndəsi, stilizə edilmiş naxışlar üstünlük təşkil edir. Bölgədə toxunan “Namazlıq”lar beynəlxalq ekspertlər tərəfindən tarixiliyinə, unikal tərtibatına, zəngin naxışlarına görə hər zaman yüksək qiymətləndirilib.

Hər naxışı duyğular palitrası olan, keçmişimizdən xəbər verən Qazax-Borçalı xalçaları zəngin mədəniyyətimizin, xalq təfəkkürünün məhsuludur. Bu xalçaların yaşadılması, gələcək nəsillərə ərməğan edilməsi vacib məsələlərdən biridir. Odur ki, “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti bu bölgədə üç filial yaradıb. Onlardan biri də Qazax rayonundadır.

Bu filial 2017-ci ilin sonlarında fəaliyyətə başlayıb. Hazırda burada 87 toxucu çalışır. İnzibati-texniki heyətlə birlikdə filial işçilərinin sayı 100 nəfərdir. Ötən dövrdə xalça istehsalı emalatxanasında 107 xalça toxunub.

“Azərxalça”nın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, filialda toxucular üçün müasir iş şəraiti yaradılıb. Xalça istehsalı emalatxanası zəruri xammal və ləvazimatlarla, işçilərin işə rahat gediş-gəlişi üçün avtobusla təmin edilib.

Filialın direktoru Nazim İbrahimov deyib ki, Qazax xalçaçılığa üstün istiqamət verilən bölgələrimizdən biridir. Burada xalçaları “gəbə” deyə əzizləyirlər. Bölgədə hər xalçanın toxunuşu el bayramına, mühüm hadisəyə çevrilir. Qazaxın Abbasbəyli, Ağköynək, Daş Salahlı, Canalı, Cəfərli, Çaylı, Xanlıqlar, Kosalar, Qazaxbəyli kəndlərində “Ulduzlu Qazax”, “Qarayazı”, “Qaraqoyunlu”, “Ləmbəli”, “Faxralı”, “Çəlikli”, “Karvansara”, “Qaraçöp”, “Çərxi-fələk”, “Namazlıq” kimi xovlu, kilim, palaz, vərni, şəddə, zili kimi xovsuz xalçalar toxunub. Filialda çalışan toxucular məhz bu kəndlərin və Qazax şəhərinin sakinləridir. Burada ərsəyə gətirilən xalçalar isə Qazaxın qədim çeşniləri əsasında toxunur. Filialda indiyədək toxuduğumuz ən böyük xalça 24 kvadratmetrlik xalçadır. Onu emalatxananın gənc işçiləri toxuyublar. Filialda işləyən toxucuların əksəriyyəti gənclərdir. Onlar bu sənətin sirlərinə dərindən yiyənlənməyə çalışırlar. Təcrübəli toxucularımız isə gənclərə xalça toxumağı öyrətmək üçün əllərindən gələni əsirgəmirlər.

Burada istehsal olunan ən böyük xalçanın gənc toxucuları Sahibə Xəlilova, Türkan Qasımava, Əfsanə Səməndəri və Gülminə Məmmədova dövlətin onlar üçün yaratdığı şəraitdən minnətdarlıqla danışıblar. Əfsanə Səməndəri deyib ki, onlar xalça toxumağı nənələrindən, analarından öyrəniblər. Ancaq xalçaçılığın sirlərinə “Azərxalça”nın təşkil etdiyi kurslarda yiyələniblər: “Qazaxda bu fabrikin açılmasının çox böyük əhəmiyyəti var. Həm peşəkar toxucular, həm gənclər işlə təmin olunub, eyni zamanda qədim xalçaçılıq ənənələrimiz yaşadılır. Buna görə dövlətimizə minnətdarıq”.

Toxucu Rahilə Əsgərova 40 ildən çoxdur, bu sənətlə məşğul olur. Ötən əsrin 70-80-ci illərində Qazaxda fəaliyyət göstərən xalça fabrikində işləyib. Həmin dövrdə öyrətdiyi toxucular indi “Azərxalça”nın Qazax filialında onunla çiyin-çiyinə çalışırlar. Bu gün də gənclərə toxuculuğun sirlərini eyni həvəslə öyrədir.

“İkinci dəfə dünyaya gəlsəm, yenə xalçaçı olardım”, - deyən təcrübəli toxucu bildirib ki, xalçalar insan ömrü yaşayır. Hər bir insan kimi, xalçaya da sahib çıxmaq, onu əzizləmək, qorumaq lazımdır: “Azərbaycan xalçasına və xalçaçılarına sahib çıxdığına görə Prezidentimizə minnətdarlığımızı bildiririk. Dövlətimizin bu sahəyə göstərdiyi qayğıdan güc alaraq daha yaxşı işləməyə, daha gözəl xalçalar toxumağa çalışır, bu qədim el sənətimizin, milli dəyərimizin yaşadılması üçün əlimizdən gələni əsirgəmir, xalçanı əzizləyir, ona biz də sahib çıxırıq. Xalça toxunarkən onu toxuyanın hissi xalça üzərində öz əksini tapır. Yaxşı zamanda yaşayırıq. Şükür, heç bir problemimiz yoxdur. Ona görə də toxuduğumuz xalçalardan ancaq xoşbəxtlik enerjisi almaq olar. Yəni bizim toxuduğumuz xalçalar hər bir evə sevinc gətirər, insanlara müsbət enerji verər”.

Toxucu Xalidə Yolçuyeva isə deyib ki, Qazax xalçaları Bakı, Şirvan, Quba, Təbriz xalçalarından fərqlənir. Bu bölgədə toxunan xalçalarda müqəddəs rəmzlər öz əksini tapıb. Ona görə də Qazax xalçaları müqəddəslərin türbələrinə nəzir verilib, onların üzərində namaz qılınıb. Xalçalar üzərindəki ulduz, çərxi-fələk, göz, həyat ağacı, qoç buynuzu, quş, ox kimi naxışlar bütünlükdə insanı qoruyan, onun həyatını mühafizə edən simvollardır. Qazaxın xalçaçılıq ənənələrini yaşatmaq üçün yaradılan şərait, bu fabrikin açılması bütün xalçaçıları sevindirib. Biz indi müasir, işıqlı emalatxana binasında xalçalar toxuyur, bizə bu şəraiti yaradan dövlətimizin daha qüdrətli olması üçün hər gün dua edirik.

Bu gün dünyanın məşhur muzeylərinin, şəxsi kolleksiyalarının bəzəyinə çevrilən Qazax-Borçalı xalça örnəkləri qədim Azərbaycan mədəniyyətini layiqli şəkildə təmsil etməkdədir. Hazırda XIV əsrə aid Qazax xalçası Berlin İncəsənət Muzeyi, XVIII əsrə aid nümunələr Nyu-Yorkdakı “Metropoliten” Muzeyi, Sankt-Peterburqun “Ermitaj”ı, Rusiya Etnoqrafiya Muzeyi, Londonun “Viktoriya və Albert” Muzeyi, Budapeştin İncəsənət Muzeyində saxlanılır. Qazax filialının toxucuları həmin xalçaların çeşniləri əsasında da yeni sənət əsərləri yaradırlar. Heç şübhə yoxdur ki, bu gün “Azərxalça”nın Qazax filialında toxunan xalçalar da gələcəkdə qiymətli sənət əsərləri kimi, məşhur muzeylərin bəzəyinə çevriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək