REGİONLAR
Yardımlıda əhaliyə göstərilən informasiya və rabitə xidmətlərinin həcmi artıb
![Yardımlıda əhaliyə göstərilən informasiya və rabitə xidmətlərinin həcmi artıb](/files/2023/1/1200x630/1682792677127271401_1200x630.jpg)
Yardımlı, 29 aprel, İlkin Adıyev, AZƏRTAC
Yardımlı rayonunda informasiya və rabitə xidmətlərinin həcmi 173,3 min manata çatıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Yardımlı Rayon Statistika İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, 2023-cü ilin yanvar-mart aylarında Yardımlı rayonu üzrə cəmi 173,3 min manatlıq rabitə və informasiya xidməti göstərilib ki, bu da xidmətin əvvəlki ilin müvafiq dövründəki 129,8 min manatlıq səviyyəsindən 43,5 min manat çox olmaqla 133,5 faiz təşkil edib. Göstərilən informasiya və rabitə xidmətlərinin 117,2 min manatı (67,6 faiz) dövlət mülkiyyətinə, 56,1 min manatı (32,4 faiz) qeyri-dövlət mülkiyyətinə aid müəssisələrin payına düşür.
İnformasiya və rabitə sahəsi üzrə fəaliyyətdə olan müəssisələrin əhaliyə göstərdiyi xidmətlərin həcmi əlavə dəyər vergisi nəzərə alınmaqla 173,9 min manat olmaqla əvvəlki ilin müvafiq dövrünə nisbətən 128,7 faiz təşkil edir.