REGİONLAR


Yardımlıda tütün əkininə başlanılıb

Yardımlı, 21 may, Bağır Əliyev, AZƏRTAC

Yardımlı rayonunda tütünçülük ənənəvi təsərrüfat sahələrindən biridir. Sovetlər dövründə rayonda hər il 500 hektardan çox tütün əkilirdi.

İyirmi beş illik fasilədən sonra, 2016-cı ildə Yardımlıda yenidən 10 hektar sahədə tütün əkilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məhsul istehsalçılarına göstərilən dövlət dəstəyindən bəhrələnən rayonun fermerləri tütün əkin sahələrini hər il genişləndirirlər.

Bir neçə gündür Yardımlıda tütün əkini kampaniyasına başlanılıb. Bu il rayonda 43 hektar sahədə tütün əkilməsi nəzərdə tutulub. Parnikdə yetişdirilən şitillər sahələrə köçürülür, gübrələr verilir, lazımi aqrotexniki qulluq göstərilir.

Fermerlər və məhsul istehsalçıları əkin zamanı yerli şəraitə uyğunlaşdırılmış “Virciniya” sortundan olan tütün növünə üstünlük verirlər.

Ötən il tədarük olunan məhsulu qəbul etmək üçün rayonda 3 qurutma sexi fəaliyyət göstərirdisə, bu il tədarük məntəqələrinin sayı artırılaraq 8-ə çatdırılacaq. Bu məqsədlə rayonun Urakəran kəndində hər birinin tutumu 5 ton olan 8 qurutma sexi, tutumu 70 ton olan saxlama kamerası və talvar tikilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.