DÜNYA


Yaşı 65-dən yuxarı olan isveçlilərə koronavirus əleyhinə vaksinin beşinci dozası təklif olunacaq

Stokholm, 24 may, AZƏRTAC

Yaşı 65-dən yuxarı olan isveçlilərə koronavirus əleyhinə vaksinin beşinci dozası təklif olunacaq.

İsveç hökumətinin qərarına müvafiq olaraq, bu ilin payızında yaşı 65-dən yuxarı olan bütün şəxslərə və risk qrupuna aid edilən yaşlı şəxslərə koronavirus əleyhinə vaksinin əlavə, beşinci dozası tövsiyə ediləcək və təklif olunacaq.

AZƏRTAC xəbər verir ki, bu məlumatı İsveçin ictimai səhiyyə agentliyi elan edib.

Ölkənin sosial işlər naziri Lena Hallenqrenin sözlərinə görə, bu, yaşı 65-dən yuxarı insanların immunlaşdırılması üçün beşinci, əlavə doza olacaq. Öz növbəsində, yaşı 18-dən 64-dək olan şəxslər öz istəkləri əsasında dördüncü dozanı vurdura bilərlər. Çünki ölkənin bütün vətəndaşlarının peyvəndlənməsi yalnız tövsiyə edilir.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.