CƏMİYYƏT


“Yaşıl sövdələşməyə hazırlığın təşviqi” layihəsinin konsepsiyası Azərbaycanda hazırlanacaq

“Yaşıl sövdələşməyə hazırlığın təşviqi” layihəsinin konsepsiyası Azərbaycanda hazırlanacaq

Bakı, 1 dekabr, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Cənubi Qafqaz üzrə portfel meneceri Anya Valdraffın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Beynəlxalq İqlim Təşəbbüsü çərçivəsində "Şərq Tərəfdaşlıq Proqramı"na üzv ölkələrdə “Yaşıl sövdələşməyə hazırlığın təşviqi (ProGRess)" layihəsi çərçivəsində görüş keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə hazırlanmaqda olan və 5 il icra müddəti planlaşdırılan yeni layihənin fəaliyyət çərçivəsi və məqsədi barədə məlumat verilib.

Görüş zamanı layihənin konsepsiyasının Azərbaycanda hazırlanacağı diqqətə çatdırılıb və layihə çərçivəsində mümkün əməkdaşlıq sahələri üzrə müzakirələr aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.