CƏMİYYƏT


Yaxşılar unudulmur…

Bakı, 14 noyabr, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İxtisaslaşdırma və İxtisasartırma İnstitutunda uzun illər müxtəlif vəzifələrdə çalışmış mərhum əmək veteranı, Heydər Əliyev məktəbinin yetirməsi Ramiz Bağırlının anadan olmasının 80 illiyi münasibətilə xatirə gecəsi keçirilib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən qurumun direktoru Ramiq Muxtar onun həyat fəaliyyəti və institutdakı xidmətləri haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, o, işlədiyi müddətdə xalqımızın ümummilli lider Heydər Əliyevin sonsuz etimad və inamını qazanıb, onun verdiyi tapşırıqları ləyaqətlə yerinə yetirib.

İnstitutun əməkdaşları Əlizaman Rəsulov, Allahverdi Doluxanov, Adil Orucov, Əliqismət Əzizov və Sevda Qarayeva onun işə olan peşəkar və vicdanlı münasibətindən danışıb, xatirələrini bölüşüblər. Çıxış edənlərin hər biri onun həmişə yaddaşlarda yaşayacağı və unudulmayacağını söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.