CƏMİYYƏT


“Yay mövsümündə meşəlik ərazilərdə yanğın təhlükəsizliyi” mövzusunda təlimlər davam edir

Bakı, 30 iyul, AZƏRTAC

Meşəlik ərazilərdə, əkin və biçilmiş taxıl sahələrində yanğınlara qarşı qabaqlayıcı tədbirlərin aparılmasının səmərəliliyini daha da artırmaq, eləcə də qarşılıqlı fəaliyyəti təşkil etmək məqsədilə Türyançay, Korçay, Qarayazı Dövlət Təbiət qoruqlarında, Göygöl, Altıağac Milli parklarında, Tovuz, Lənkəran, Ağcabədi və Qəbələ Regional Meşə Təsərrüfatı mərkəzlərində Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin yerli qurumlarının, regional polis şöbəsinin əməkdaşlarının və yerli sakinlərin iştirakı ilə yanğından mühafizə mövzusunda növbəti maarifləndirmə tədbirləri və təlimlər keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirlərdə təbiət əraziləri, meşəlik və yaşıllıq ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı qabaqlayıcı profilaktik tədbirlərin aparılmasında səmərəliliyin artırılması, yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətindən danışılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.