ELM VƏ TƏHSİL
Yeni nəşr: “Kür-Araz ovalığında təbii-dağıdıcı hadisələrin məskunlaşmaya təsiri”
Bakı, 6 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun yeni nəşri - “Kür-Araz ovalığında təbii-dağıdıcı hadisələrin məskunlaşmaya təsiri” kitabı çapdan çıxıb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, kitabın müəllifi institutun elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Sima Əliyeva, redaktoru coğrafiya elmlər doktoru, professor Neron Babaxanovdur. Nəşrdə məskunlaşma vahidlərinin davamlı inkişafı və təsərrüfat sahələrinin fəaliyyətinin təmin edilməsi üçün Kür-Araz ovalığında baş verən təbii-dağıdıcı hadisələrin yayılma arealları və intensivliyi, onların başvermə səbəbləri, təkrarlanması və dağıdıcı gücü, dəyən ziyanların azaldılması, qabaqlayıcı və mühafizə-müdafiə tədbirlərinin görülməsi haqqında məlumat verilir.
Əsər iqtisadi coğrafiya ixtisası üzrə təhsil alan ali məktəb tələbələri, müəllimlər, bu sahədə tədqiqat aparan alim və mütəxəssislər, geniş oxucu kütləsi üçün nəzərdə tutulub.