İDMAN


Yeniyetmə karateçilərimiz Dünya Məktəblilərinin İdman Oyunlarında iştirak edəcəklər

Bakı, 10 sentyabr, AZƏRTAC

Sentyabrın 11-19-da Serbiyanın paytaxtı Belqradda Beynəlxalq Məktəb İdmanı Federasiyasının təşkilatçılığı ilə Dünya Məktəblilərinin İdman Oyunları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, yarışda ölkəmizi Təhsil Respublika İdman Mərkəzinin karate üzrə 8 idmançıdan ibarət seçmə komandası təmsil edəcək.

Baş məşqçi Əbülfət Qarayev məsul yarışda 14-15 yaşlı yeniyetmələrdən Amin Yadigarlı (52 kq), Cavidan Cəlilzadə (57 kq), Rəşid Süleymanov (63 kq), Orxan Musayev (+70 kq), Pərvin Hüseynzadə (47 kq), Sunay Kazımova (54 kq), Məryəm Qurbanova (+54 kq) və Ramilə Heydərlinin (kata) çıxış etməsinə üstünlük verib.

Beynəlxalq dərəcəli hakim Vüqar Kərimov Dünya Məktəblilərinin İdman Oyunlarında ədaləti qoruyacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.