İDMAN


Yeniyetmələr arasında uşu-sanda idman növü üzrə Bakı birinciliyi başa çatıb

Bakı, 22 oktyabr, AZƏRTAC

Şağan Olimpiya İdman Mərkəzində uşu-sanda üzrə yeniyetmələr arasında Bakı birinciliyinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, yarış Bakı Şəhəri Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Döyüş Federasiyaları Assosiasiyası və Azərbaycan Uşu Federasiyası tərəfindən keçirilib.

Birincilikdə 2002-2010-cu il təvəllüdlü yeniyetmələr müvafiq yaş qruplarında 29 çəki dərəcəsində mübarizə aparıblar.

Yarışda 20-dən artıq idman klubundan 150 idmançı iştirak edib.

Qalib idmançılara Bakı Şəhəri Gənclər və İdman Baş İdarəsi tərəfindən diplom və medallar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.