CƏMİYYƏT


Yevlax rayonunda münaqişə zəminində tüfəngdən atəş açaraq həmkəndlisini qətlə yetirən şəxs tutulub

Bakı, 22 fevral, AZƏRTAC

Yevlax rayonunda münaqişə zəminində tüfəngdən atəş açaraq həmkəndlisini qətlə yetirən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayonun Qaraoğlan kəndi ərazisində Xəyal Səfərovun odlu silahla qətlə yetirilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. İstintaq-əməliyyat tədbirləri ilə bu cinayət əməlini kənd sakini Q.Həsənəliyevin münaqişə zəminində tüfəngdən açdığı atəşlə törətməsi müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Həsənəliyev tutulub. Ondan cinayəti törədərkən istifadə etdiyi müvafiq sənədləri olan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.