REGİONLAR
Yevlaxlı fermerlər məhsul yığımını davam etdirirlər
Yevlax, 9 iyul, AZƏRTAC
Yevlax rayonunda kənd təsərrüfatı məhsulları istehsalçıları məhsul yığımını davam etdirirlər.
Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, 245 hektarda kartof yığımını başa çatdıran fermerlər 2425 ton məhsul əldə ediblər. Bundan başqa bu günədək 5112 ton tərəvəz, 3183 ton meyvə yığılıb. Hər hektarın məhsuldarlığı kartof sahələrində 99 sentner, tərəvəz bitkiləri üzrə isə 106,7 sentnerdir.
Rayonda ötən ilin payızında səpilmiş 10 min 070 hektar taxılın biçilməsi də müvəffəqiyyətlə başa çatdırılıb, 30 min 933 ton məhsul tədarük edilib. Hər hektardan məhsuldarlıq orta hesabla 30,7 sentnerdir. Dövriyyədə olan torpaqlardan səmərəli istifadə məqsədilə taxıl biçini başa çatdıqdan sonra 195 hektar sahədə təkrar əkin aparılıb.