CƏMİYYƏT


Yol Polisi Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ”-“Ferentsvaroş” oyunu ilə bağlı vətəndaşlara müraciət edib

Bakı, 3 avqust, AZƏRTAC

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) “Qarabağ”-“Ferentsvaroş” oyunu ilə bağlı vətəndaşlara müraciət edib.

İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli AZƏRTAC-a bildirib ki, azarkeşlər oyun keçirilən əraziyə gələrkən əsasən ictimai nəqliyyata üstünlük versinlər.

Araz Əsgərli xatırladıb ki, bu gün UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyununda Azərbaycan çempionu “Qarabağ” Macarıstanın “Ferentsvaroş” komandası ilə Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:00-da qarşılaşacaq. Əvvəlcədən doğma komandamız “Qarabağ” klubuna uğurlar arzulayırıq.

“Tofiq Bəhramov adına Respublika Stadionu ictimai nəqliyyat üçün əlverişlidir. Ərazidə metronun “Gənclik” stansiyasının olması avtobusların hərəkəti üçün tam şəraitin yaradılması bütün nəqliyyat ehtiyaclarını ödəyir. Komandamızın oyununa baxmağa gələn paytaxt sakinlərindən, azarkeşlərdən xahiş edirik ki, həmin ərazidə əsasən ictimai nəqliyyatdan istifadə etsinlər. Nəzərə alaq ki, yollardakı hər hansı hərəkət sıxlığının yaranması həmin ərazidən istifadə edən vətəndaşlara maneçilik törədə bilər. Bu isə zərurət yarandığı təqdirdə stadiona paralel və kəsişən küçələrdə hərəkət istiqamətlərinin dəyişdirilməsinə və müvəqqəti bağlanmasına zərurət yarada bilər.

Bir daha ictimai nəqliyyata üstünlük verməyi və oyunun keçirildiyi əraziyə bir saat əvvəldən gəlməyi tövsiyə edirik”, - deyə İdarəsinin baş inspektoru qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.