CƏMİYYƏT


Yoluxma saylarını azaltmaq və vəziyyəti nəzarət altına almaq üçün ən azı iki həftəlik sərt karantin tədbirlərinə ehtiyac var VİDEO

Bakı, 2 dekabr, AZƏRTAC 

Koronavirus insanların toplu halda toplanmasını xoşlayır. O, kütləvi yerlərdə insanları yoluxduraraq xəstəliyin geniş yayılmasına səbəb olur. Ona görə də sərt tədbirlərə ehtiyac var. Çalışmaq lazımdır ki, sıx toplanma hallarının qarşısı alınsın. Nə zaman sərt tədbirlər görülərsə, yayılmanın qarşısı o zaman alınacaq.

AZƏRTAC xəbər verir ki, bunu bu gün keçirilən Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, tibb elmləri doktoru Adil Allahverdiyev deyib.

O həmçinin bildirib: “Hazırda Azərbaycanda daha ciddi tədbirlərin görülməsinə ehtiyac var, əks halda xəstəxanalarda xəstələrin müalicəsi üçün yer tapılmayacaq. Səhiyyə sistemi həm koronavirus xəstələrinin, həm də müharibədə yaralanan əsgər və zabitlərin müalicəsi ilə məşğul olur. Həkimlərimiz də yorulublar. Düşünürəm ki, sərt karantin tədbirləri tətbiq olunmadan yoluxmanın qarşısı alınmayacaq. Yoluxma saylarını azaltmaq və vəziyyəti nəzarət altına almaq üçün ən azı iki həftəlik sərt karantin tədbirlərinə ehtiyac var”.

Professor hər kəsi maskadan düzgün istifadəyə, sosial məsafə prinsiplərinə, əl gigiyenasına əməl etməyə, kütləvi toplanma yerlərindən bacardıqca uzaq olmağa səsləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.