İDMAN


Yunan-Roma güləşçilərimiz Parisə yola düşüblər

Bakı, 19 avqust, AZƏRTAC

Dünyanın güləş ictimaiyyətinin diqqəti avqustun 21-dən etibarən Fransanın paytaxtı Parisdə keçiriləcək dünya çempionatına yönəlib.

Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yunan-Roma güləşi üzrə yığma komandamızın üzvləri ötən gecə Parisə yola düşüblər.

Komandamızın heyətində Taleh Məmmədov (59 kq), Kamran Məmmədov (66 kq), Rəsul Çunayev (71 kq), Həsən Əliyev (75 kq), Elvin Mürsəliyev (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Sabah Şəriəti (130 kq) yer alıblar.

Yığmamız baş məşqçi Şaban Donat, böyük məşqçi Akif Əliyev, məşqçilər Nurəddin Rəcəbovun rəhbərliyi altında mübarizə aparacaq.

Proqrama əsasən, çempionatın ilk iki yarış günündə yunan-Roma güləşçiləri mübarizə aparacaqlar. Avqustun 21-də 71, 75, 85 və 98, bir gün sonra isə 59, 66, 80 və 130 kiloqram çəkidə pəhləvanlar xalçaya çıxacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.