MƏDƏNİYYƏT
“Yura dövrünün dünyası 3” filmi satış kassalarında liderliyi saxlayır
Bakı, 28 iyun, AZƏRTAC
“Yura dövrünün dünyası 3” filmi premyerasının üçüncü həftəsində artıq 340 minə yaxın izləyici tərəfindən izlənilib. Ekran işi ABŞ-ın satış kassasında bu həftə də liderliyini qoruyub saxlayır.
AZƏRTAC xəbər verir ki, kassada ikinci sırada ABŞ kinematoqrafiyasının ən uğurlu filmlərindən biri hesab edilən, Hollivud ulduzu Tom Kruzun çəkildiyi “Top Gun: Meverik” ekran əsəri yer alır. Dünya üzrə gəliri bir milyard dolları keçən film, ölkəmizdə də diqqəti cəlb etməkdə davam edir.
Ötən həftə premyerası baş tutan və Hollivud aktyoru Ethan Havkenin baş rolu ifa etdiyi "Qara Telefon" (“The Black Phone”) qorxu filmi isə siyahıda üçüncü yerdə qərarlaşıb.