CƏMİYYƏT


Zaqatalada Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilər üçün tibbi aksiya keçirilib

Bakı, 1 avqust, AZƏRTAC

C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu şəhid ailələrinin üzvləri və Vətən müharibəsi qaziləri üçün tibbi aksiyaların keçirilməsini davam etdirir.

AZƏRTAC Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, Elmi-Tədqiqat Kardiologiya İnstitutu və Zaqatala Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı və təşəbbüsü ilə növbəti tibbi aksiya keçirilib.

Tədbir zamanı Balakən, Qax, Zaqatala rayonlarında yaşayan və qeyd edilən həssas kateqoriyalardan olan 100-dən artıq vətəndaş kardioloji, endokrinoloji, şüa-diaqnostika və nevroloji müayinələrdən keçib. Onların EKQ, ExoKQ və USM müayinəsi aparılıb.

Müayinələrin nəticələrinə əsasən, xəstələrə müvafiq müalicələr təyin edilib, digər patologiya aşkar olunan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.