REGİONLAR


Zaqatalada fındıq istehsalı artıb

Zaqatala, 5 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Ötən il Zaqatala rayonunun fındıq bağlarından 15 min 69 ton məhsul tədarük olunub. Fındıq istehsalı 2017-ci illə müqayisədə 1 min 647 ton, 2016-cı illə müqayisədə isə 6 min 159 ton artıb. Bağ sahibləri hər hektardan orta hesabla 14,2 sentnerdən çox məhsul götürüblər.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon icra hakimiyyəti aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən məlumat verilib.

Qurumdan bildiriblər ki, 2018-ci ildə rayonun meyvə bağlarından qərzəkli meyvələr də daxil olmaqla, 37 min 205 ton məhsul toplanıb. Meyvə istehsalı əvvəlki illə müqayisədə 2 min 115 ton çox olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.