DÜNYA
“Zara” loqotipini dəyişib
Madrid, 4 fevral, AZƏRTAC
İspaniyanın iri geyim istehsalçısı “Zara” marketlər şəbəkəsi loqotipini dəyişib.
AZƏRTAC xəbər verir ki, yenilənmiş simvol şirkətin rəsmi saytında və sosial şəbəkələrdəki səhifələrində təqdim edilib.
Yeni kursivli şrift ensizləşdirilib, hər növbəti hərf isə özündən əvvəlkinin üzərinə qoyulub.
“Fashion United” nəşrinin məlumatına görə, marka özünün firma embleminin şəklini ilk dəfə olaraq 2010-cu ildən dəyişməyə başlayıb. Qeyd olunur ki, yeni versiya “Zara”nın məhsullarının üzərinə çoxdan vurulsa da, yalnız indi əsas loqotip hesab edilib.
“Inditex” korporasiyasının aparıcı ticarət şəbəkələrindən biri olan “Zara”nın əsası 1985-ci ildə ispaniyalı sahibkar Amansio Orteqa tərəfindən qoyulub. “Zara” ilə yanaşı, “Massimo Dutti”, “Bershka”, “Pull & Bear”, “Stradivarius” və s. brendlər də “Inditex”ə daxildir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid