Azərbaycan Dövlət İnformasiya Agentliyi

ORDU

“Zəfər bayrağına düzlən!” adlı vətənpərvərlik tədbiri keçirilib VİDEO

Bakı, 7 noyabr, AZƏRTAC

Vətən müharibəsində qazandığımız tarixi Zəfərin ildönümü ərəfəsində Müdafiə Nazirliyinin və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin klubunda “Zəfər bayrağına düzlən!” adlı vətənpərvərlik tədbiri keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Müdafiə Nazirliyi, Suraxanı Rayon İcra Hakimiyyəti rəsmilərinin, Milli Məclisin deputatlarının, hüquq-mühafizə orqanları və ictimaiyyətin nümayəndələrinin, şəhid ailələri üzvlərinin, müharibə iştirakçıları və qazilərin, o cümlədən Bakı Qarnizonundakı hərbi hissələri təmsil edən hərbi qulluqçuların iştirak etdikləri tədbirdə mədəniyyətimizin paytaxtı Şuşaya sancılan və Zəfər paradında nümayiş etdirilən Azərbaycan bayrağı “Qələbə marşı”nın müşayiəti ilə alqışlar altında salona gətirilib.

Şəhadətləri ilə tarix yazan, adları tarixə yazılan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni ifa olunub.

Layihənin müəllifi, Zəfər paradının aparıcısı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani tədbir iştirakçılarını salamlayaraq deyib: “Dövrün, dövlətin, hadisələrin ən dəyərli əlamətlərini özündə əks etdirən bayraqlar mühüm tarixi abidə olmaqla yanaşı bütün təsviri, emosional və psixoloji vasitələr kompleksi ilə insanın düşüncə, milli şüur və hisslərinə ideoloji təsir göstərir, cəmiyyətin, ordunun həyatında baş verən mühüm hadisələri özündə birləşdirərək yüzləri, minləri, milyonları öz ətrafında birləşdirir, arxasınca irəliyə, daha xoşbəxt gələcəyə doğru aparır. Bayraq müqəddəsdir! Bayraq kimliyimiz, varlığımız, bəxtiyarlığımızdır!

Uzun illər idi ki, təcavüzkar Ermənistanın silahlı qüvvələrinin işğal etdiyi əzəli və tarixi torpaqlarımızda bayrağımız dalğalanmırdı. Bu, hər bir azərbaycanlının qüruruna toxunur və hər birimizi sonsuz dərəcədə məyus edirdi. Lakin heç kim ruhdan düşmür və Zəfər bayrağımızın canımızla, qanımızla işğaldan azad edəcəyimiz minillik dədə-baba yurdlarımızda tezliklə dalğalanacağına inanırdıq”.

Polkovnik A.Qurbani nəzərə çatdırıb ki, Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Azadlıq meydanında keçirilən hərbi paradda 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda qaldırılan Azərbaycan bayraqlarının nümayiş etdirilməsi xalqımızın qələbəyə inamını daha da artırdı.

Həmin gün ulu öndər Heydər Əliyevin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev qətiyyətlə bəyan etdi ki, gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi parada göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq.

Tədbirdə böyük fərəh hissi ilə bildirilib ki, çox çəkmədi bu istək, bu arzu 2020-ci il sentyabrın 27 də respublikamızın ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycanın başladığı 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə ilə Zəfər salnaməmizlə həyata keçdi. Otuz ilin həsrətinə son qoyuldu. Bayrağımız tarixi Azərbaycan torpaqlarına əbədi olaraq sancıldı.

Xalqımızın birliyinin, həmrəyliyinin, dövlətimizin iqtisadi gücünün, ulu öndər Heydər Əliyevdən miras azərbaycançılıq məfkurəsinin, rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin fədakarlığının, şücaət və qəhrəmanlığının, Türkiyə-Azərbaycan qardaşlığının və Azərbaycan Prezidentinin qətiyyətinin, sərkərdə məharətinin, hücum diplomatiyasının, dəmir yumruğunun sayəsində əldə etdiyimiz şanlı Qələbə xalqımıza, dünya azərbaycanlılarına, eləcə də daim yanımızda olan dostlarımıza, qardaşlarımıza qürurlu anlar yaşatdı.

Ötən il dekabrın 10-da Azadlıq meydanında keçirilən Zəfər paradında Müzəffər Ali Baş Komandan İlham Əliyevin iftixar hissi ilə dediyi “Bizim Ordumuz, qəhrəman övladlarımız dağlardan, dərələrdən, meşələrdən, cığırlardan keçərək, sıldırım qayaları qət edərək, qayalara dırmaşa-dırmaşa Şuşaya qalxaraq orda əlbəyaxa döyüşdə düşməni məhv etdi. Azərbaycan bayrağını Şuşada qaldırdı” fikirləri söyləniləndə salondakılar ayağa qalxaraq Müzəffər Ali Baş Komandanı, qalib Vətən əsgərini alqışladılar.

Zəfər paradının aparıcısı polkovnik A.Qurbani “Bu Zəfər tarixi zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi”, deyə sevincini gizlətməyən Müzəffər Ali Baş Komandanının dediyi daha bir kəlamı da tədbir iştirakçılarına xatırlatdı: “Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik. Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik”.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi general-mayor Bəkir Orucov xalqımızın ümummilli lideri Heydər Əliyevin ordu quruculuğu sahəsində apardığı siyasətin dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bu istiqamətdə dünyanı heyrətə gətirə biləcək yeni-yeni nailiyyətlərin əldə edildiyini, ordumuzun daha da gücləndiyini, dövrün ən müasir texnologiyalarına, milli-mənəvi dəyərlər əsasında yetişən, dünya ordularının qabaqcıl təcrübələrindən bəhrələnərək peşəkarlıqlarını durmadan artıran şəxsi heyətə malik olduğunu böyük iftixar hissi ilə vurğulayıblar.

Əziz Əzizov müharibə ərəfəsində, müharibənin gedişində olduğu kimi bu gün də Suraxanı rayonunda respublikamızın dövlət müstəqilliyinin, ərazi bütövlüyünün təminatçısı olan Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasının davam etdirildiyini, şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına daima diqqət və qayğı göstərildiyini, qalib ordumuzun, igid döyüşçülərimizin qəhrəmanlıqlarının təbliğ edilməsi məqsədilə silsilə tədbirlərin həyata keçirildiyini, ordumuza fiziki və mənəvi cəhətdən sağlam vətənpərvər oğulların yetişdirilməsi üçün səylər göstərildiyini diqqətə çatdırıb.

O, Suraxanı gənclərinin də peşə seçimində hərbi ixtisaslara xüsusi önəm verdiyini, hətta həqiqi hərbi xidmətlərini başa vurduqdan sonra yenidən ordu sıralarına qayıdaraq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətlərini davam etdiklərini, ehtiyat zabit hazırlığı kurslarına üz tutuqlarını müsbət hal kimi qiymətləndirib.

Rayonun mədəni-maarif, təhsil ocaqlarında, idarə və təşkilatlarda Prezident, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbənin geniş təbliğ olunduğunu, hər bir suraxanılının bu gün də Zəfər bayrağımıza düzüldüyünü və müharibə dövründə olduğu kimi yenə də Vətənin çağırışı ilə işğaldan azad edilən torpaqlarımızda geniş vüsət alan bərpa-quruculuq işlərində iştirak etməyə hazır olduqlarını bəyan edib.

General-mayor Bəkir Orucov müharibədən sonra Azərbaycan Ordusunda yeni bir mərhələnin başlandığını, həm respublikamızda, həm də dünyanın bir çox ölkələrində birgə təlimlərin geniş vüsət aldığını, xüsusi təyinatlı təhsil müəssisələrində daha peşəkar, daha bacarıqlı mütəxəssislərin hazırlandığını, azad edilən ərazilərimizdə yeni-yeni hərbi şəhərciklərin inşa edildiyini, hərbi qulluqçuların sosial müdafiəsi üçün məqsədyönlü tədbirlər görüldüyünü və bütün bunlarla yanaşı utancverici məğlubiyyətlə barışmaq istəməyən düşmən qüvvələrinin təxribatlarının qarşısının mərdliklə və qətiyyətlə alındığını, Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanın əmrlərinə hər an hazır olduğunu vurğulayıb.

Milli Məclisin deputatları - hüquq üzrə elmlər doktoru professor Etibar Əliyev və Sevinc Fətəliyeva Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan Vətən müharibəsinin haqq savaşı, ədalətin bərpası olduğunu qeyd edərək, Zəfər Günü münasibətilə şəhid ailələrini, müharibə iştirakçılarını, qaziləri, həmçinin qalib Azərbaycan Ordusunun şəxsi heyətini, hazırda hərbi xidmətdə, döyüş növbəsində olanları təbrik edib və Zəfər bayrağımızın heç vaxt enməyəcəyinə, bu bayrağın tezliklə xalqımızın arzu etdiyi tarixi torpaqlarımızda da əzəmətlə dalğalanacağına əminliklərini bildiriblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ölümlərindən sonra təltif olunan hərbi qulluqçuların orden və medalları şəhidlərin ailələrinə təqdim olunub.

Şəhid ailələri respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 5 noyabr tarixli Sərəncamını da böyük minnətdarlıq hissi ilə qarşılayıblar.

İncəsənət ustalarının və əsgər xorunun iştirakı ilə təqdim olunan “Zəfər bayrağına düzlən!” ədəbi-bədii proqramı şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olmaqla yanaşı, həm də tədbir iştirakçılarına əsl Qələbənin Zəfərin sevincini yenidən yaşadıb.

Sonda Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və general-mayor Bəkir Orucov tədbir iştirakçıları adından Müzəffər Ali Baş Komandan İlham Əliyevi, Birinci vitse-prezident xanım Mehriban Əliyevanı, qalib Azərbaycan əsgərini və bütün xalqımızı Zəfər Günü münasibətilə bir daha təbrik ediblər.

“Zəfər bayrağına düzlən!” vətənpərvərlik tədbiri “Zəfər bayrağımız etibarlı əllərdədir!”, “Dəmir yumruq yerindədir” şüarlarının səsləndirilməsi ilə başa çatıb.

“Zəfər bayrağına düzlən!” adlı vətənpərvərlik tədbiri keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək