REGİONLAR
Zəmilərdə orta məhsuldarlıq hələlik 30 sentnerdən çoxdur
İsmayıllı, 14 iyun, AZƏRTAC
İsmayıllı taxılçıları biçin kampaniyasına başlayıblar.
Ryon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, carı mövsümdə 22712 hektar buğda, 7428 hektarı arpa olmaqla, 30140 hektarda taxıl yetişdirilib. Məhsul yığımına ciddi hazırlıqla başlanılıb və ilkin olaraq rayonun cənub ərazisində, o cümlədən Qubaxəlilli, Gəraybəyli, Kəlbənd və Kürdmaşı kəndlərinin əkin sahələrində arpa biçilir. Hər gün zəmilərə 20-dək taxılyığan kombayın çıxarılır və 200-250 hektar sahənin məhsulu yığılır. Biçinə əlavə kombayınlar da cəlb olunacaq.
İlk günlərin nəticələri taxılçıları qane edir. Belə ki, hələlik arpa zəmilərində hər hektardan 30 sentnerdən çox məhsul götürülür. Orta məhsuldarlığın daha yüksək olaçağı gözlənilir.
Rayonda taxıl biçininin iyulun 15-dək başa çatdırılması nəzərdə tutulur.