CƏMİYYƏT


 Ağstafada karantin rejimini pozan kafe aşkarlanıb

Bakı, 27 fevral, AZƏRTAC

Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları gecə saatlarında gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, obyekti icarə əsasında işlədən Famil Yolçuyev və müştərilər - Nuranə Abduyeva, Etibar Atakişiyev, İlkin Yolçuzadə, Xanbaba Dünyəmov və Şərafət Məmmədova saxlanılaraq rayon polis şöbəsinə gətiriliblər.

Onların barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə N.Abduyeva 300 manat miqdarında cərimələnib. F.Yolçuyev 20, E.Atakişiyev və X.Dünyəmov 15, İ.Yolçuzadə 7, Ş.Məmmədova isə 5 sutka müddətində inzibati qaydada həbs ediliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.