İQTİSADİYYAT
® ABB-nin yeni konseptdə qurulmuş daha bir filial və şöbəsinin açılışı olub
Xidmət şəbəkəsini inkişaf etdirən ABB daha bir filialını və şöbəsini yeni konseptdə müştərilərin istifadəsinə verib. Bunlar “Göyçay” filialı və “Atatürk” şöbəsidir. “Göyçay” filialı Göyçay şəhəri Heydər Əliyev prospekti – 38 ünvanında xidmət göstərir. “Atatürk” şöbəsinin yerləşdiyi ünvan isə Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 242B-dir. ABB-nin adıçəkilən filial və şöbəsi müştərilərə ən yüksək səviyyədə xidmət üçün hər cür şəraitlə təmin olunub. Fərdi və korporativ müştərilər “Göyçay” filialı və “Atatürk” şöbəsində onlara lazım olan çeşidli xidmətlərdən faydalana bilərlər.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, “https://abb-bank.az/” rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “facebook” səhifəsindən əldə etmək olar.